Bağla

AzNews.info



Bölmə: Siyasət

Qənirə Paşayeva: XİN Slovakiya ilə məsələni araşdırmalıdır

Qənirə Paşayeva: XİN Slovakiya ilə məsələni araşdırmalıdır


Bizi Robert Uolterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” məruzəsinə AŞPA-da səsvermə zamanı ən çox təəccübləndirən Slovakiyanın mövqeyi oldu.

Oxu.Az xəbər verir ki, bu barədə haqqın.az saytına müsahibəsində millət vəkili, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

Q.Paşayevanın sözlərinə görə, həmin ölkənin nümayəndə heyətinin üzvləri nəinki Azərbaycanın haqlı mövqeyini dəstəkləməyiblər, hətta bu məruzənin əleyhinə səs veriblər.

“Hesab edirəm ki, bizim XİN sözügedən ölkənin nümayəndələrini bu məruzənin əleyhinə səs verməyə sövq edən səbəbləri ciddi araşdırmalıdır. Bu ölkənin Azərbaycandakı səfiri XİN-ə çağırılmalı və ona etiraz bildirilməlidir. Bundan savayı, Slovakiyadakı səfirliyimiz bu məsələ ilə məşğul olmalıdır”, - millət vəkili belə deyib.

Onun dediklərinə görə, Slovakiyanın Azərbaycan üçün əhəmiyyətli məsələdə bu cür mövqe sərgiləməsi ciddi məsələdir və bu, XİN və Milli Məclis tərəfindən araşdırılmalıdır.

Mənbə: Oxu.Az / Haqqin.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *