Medalçıların şərəfinə tort kəsilib. » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, İdman

Medalçıların şərəfinə tort kəsilib.

Medalçıların şərəfinə tort kəsilib.


Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə görüş keçirilib.

AzNews.info-nun Apasport.az-a istinadən məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, baş katibi Ağacan Abıyev, Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayevin iştirak etdiyi görüşə yarışın III günündə, yəni iyunun 14-də fəxri kürsüyə çıxan idmançılar qatılıblar.

MOK rəsmiləri qızıl mükafatçılar Elvin Mürsəliyev (yunan-Roma güləşi, 75 kq), Ayxan Mamayev (karatenin kumite növü, 84 kq) və İrina Zaretskaya (karatenin kumite növü, 68 kq), həmçinin bürünc mükafatçılar Həsən Əliyev (yunan-Roma güləşi, 66 kq) və Rostislav Pevtsovu (triatlon) mükafatlandırıblar. Yalnız gümüş medal qazanan Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) tədbirə qatılmayıb.

Öncə çıxış edən Çingiz Hüseynzadə mükafatçıları təbrik edib və sözü Azad Rəhimova verib. Nazir Azərbaycan idmançılarının indiyə qədər göstərdikləri nəticələrdən məmnun qaldığını bildirib: “Qürur hisslərimi sizinlə bölüşürəm. Şadam ki, idmançılarımız böyük nailiyyətlər əldə edirlər. Açığı, biz bu qədər qızıl medal gözləmirdik. Triatlon yarışını qeyd etmək istərdim. Bu idman növü bizdə o qədər də populyar deyil. Buna baxmayaraq, idmançımızın bürünc medal qazanması sevindirici haldır. Hazırda komanda hesabında birinci yerdəyik. Düzdür, gələcəkdə lider dəyişə bilər. Amma 3 gündən sonra birinci yerdə qalmağımız böyük nəticə deməkdir. Yüksək vəzifəli qonaqlarımız artıq ölkəmizi tərk ediblər. Hamısı təşkilatçılıqdan razılıq bildirdilər, belə təşkilatçılıq gözləmədiklərini dedilər. Onların bu cür açıqlamalarına sevinirik. Biz göstərdik ki, Azərbaycan idman ölkəsidir, böyük tədbirlər qəbul etməyə hazırdır. İdmançılarımızdan bu gün və sabah da medallar gözləyirik. Komanda bir ürək kimi döyünür. Medalçılarımızı bir daha təbrik edirəm, qarşıdakı günlərdə yarışacaq idmançılara uğurlar arzulayıram”.

Daha sonra medalçılar xüsusi şərəf lövhəsinə imza atıblar və onlara hədiyyələr təqdim olunub. Həmçinin medalçıların şərəfinə tort kəsilib.

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *