Azərbaycanda seçicilərin sayı açıqlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda seçicilərin sayı açıqlanıb


Azərbaycan Respublikasından seçicilərin sayı açıqlanıb.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunan iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, 2017-ci il may ayının 26-na olan məlumata əsasən ölkə üzrə vahid seçicilər siyahısına 5 milyon 163 min 250 seçici daxil edilib. Seçicilərin təqribən 48,42 faizini kişilər, 51,58 faizini isə qadınlar təşkil edir.

Qeyd edək ki, keçən ilin müvafiq dövründə Azərbaycan üzrə seçicilərin sayı 5 milyon 127 min 111 nəfər olub.

İclasda seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətin yekunları geniş müzakirə edilib və prosesin inkişaf dinamikası xüsusi vurğulanıb. Müzakirələrdən sonra MSK 2017-cı ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi işini başa çatdırılmasına, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına (DSK) göndərilməsinə, həmçinin respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunub, MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilməsinə dair qərar verib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *