Natiq Məmmədov: Seçici siyahıları tam hazır sayıla bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Natiq Məmmədov: Seçici siyahıları tam hazır sayıla bilər

Natiq Məmmədov: Seçici siyahıları tam hazır sayıla bilər

Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən 115 nömrəli elektron qaynar xətt daim seçicilərin istifadəsindədir.

Qarşıdan gələn ümumxalq səsverməsi (referendum) ilə bağlı Mərkəzi Seçki Komissiyasının diqqət mərkəzində dayanan məsələlərdən biri seçici siyahıları ilə işdir.

Oxu.Az xəbər verir ki, bunu MSK sədrinin müavini Natiq Məmmədov “Azərbaycan” qəzetində məqaləsində bildirib.

Natiq Məmmədov məqalədə qeyd edib ki, daimi xarakterli fəaliyyət istiqaməti olan seçici siyahıları ilə iş özünəməxsus maarifləndirmə imkanlarına malikdir.

Seçici siyahıları çox mühüm seçki sənədi olmaqla il boyu fasiləsiz olaraq işlənilir, yenilənir və seçki komissiyaları tərəfindən ictimailəşdirilir.

MSK-nın Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin texniki və proqram təminatı imkanları xeyli genişləndiyindən bütün sahələrdə, o cümlədən seçici siyahılarının keyfiyyətinin daha da yaxşılaşdırılmasında mühüm irəliləyişlər vardır. İnamla demək olar ki, cari ilin mayında MSK tərəfindən təsdiq edilmiş seçici siyahıları ümumxalq səsverməsinin (referendumun) yüksək səviyyədə həyata keçirilməsi üçün tam hazır sayıla bilər.

Seçici siyahılarının dəqiqləşdirilməsində MSK-nın qaynar xəttinin əhəmiyyəti xüsusilə qeyd edilməlidir. Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən 115 nömrəli elektron qaynar xətt daim seçicilərin istifadəsindədir. Araşdırmalar göstərir ki, daxil olan müraciətlərin əksəriyyəti seçici siyahıları, səsvermə prosedurları, seçki məntəqələrinin yerləşdiyi ünvan və s. kimi mövzularla bağlıdır.

Daxil olmuş müraciətlər dərhal cavablandırılır və operativ şəkildə müvafiq addımlar atılır. Bu da təbiidir, çünki yüksək texnologiyalar və innovasiyalar dövrünün insanları olaraq ölkə vətəndaşlarının bu sahədəki mövcud bilik və vərdişləri durmadan artır. Buna görə də Mərkəzi Seçki Komissiyası qanunvericiliyin verdiyi imkanlar hüdudunda internet vasitəsi ilə də seçicilərin və digər seçki subyektlərinin maarifləndirilməsi işini durmadan təkmilləşdirir.

Çox müsbət haldır ki, seçki subyektləri Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi bütün qərarlarla, sənədlərlə və keçirdiyi tədbirlərlə müasir texnologiyalardan asanlıqla istifadə etməklə yaxından tanış olur, həmçinin seçkilərdə iştirak edən subyektlərlə bağlı məlumatlar əldə edə bilirlər. Mərkəzi Seçki Komissiyasının internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar mütəmadi olaraq yerləşdirilir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *