Rusiya generalı Suriyada “xozeyinin” kim olduğunu Əsədə başa salır... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Rusiya generalı Suriyada “xozeyinin” kim olduğunu Əsədə başa salır...

Rusiya generalı Suriyada “xozeyinin” kim olduğunu Əsədə başa salır...

Ötən gün qoşunların Suriyadan çıxarılmasını və qələbəni təntənəli şəkildə elan etmək üçün Xmeymin aviabazasına gedən Rusiya prezidenti Vladimir Putinin səfəri ilə bağlı videokadrlarda maraqlı detal diqqəti cəlb edib. Virtualaz.org xəbər verir ki, rus generallardan biri Suriya diktatoru Bəşər Əsədin qolundan tutaraq ləngidib və onun Putinlə yanaşı qırmızı xalı üzərində yeriməsinə mane olub.

Kadrlara əsasən Putinin təyyarəsi aviabazada yerə enəndə onu Rusiya qoşun qruplaşmasının komandanı qarşılayır və raport verir. Daha sonra Putin onu Xmeymin aviabazasında gözləyən Bəşər Əsədlə və rus hərbçiləri ilə görüşür, ardınca hərbçilərin qarşısında çıxış etmək üçün qırmızı xalı üzərində tribunaya tərəf gedir. Bu vaxt Bəşər Əsəd də onunla yanaşı getmək istəyir, ancaq rus generallarından biri onun qolundan tutaraq saxlayır, işarə verir ki, Putindən arxada qalmaq lazımdır.

Bu, Suriyada “xozeyinin” hazırda kim olduğunu göstərən simvolik kadrlardır. Bəşər Əsəd yüz minlərlə suriyalını qətlə yetirsə də məhz Putinin sayəsində hakimiyyətdə qalıb və indi onun Rusiya prezidenti ilə bərabər şəkildə qələbə raportu verməsi əlbətdə yersiz görünərdi. Bu, Putinin qələbəsidir və Əsəd ona şərik ola bilməz. Əsəd nəinki hakimiyyətdə qalmasına, eləcə də sağ olmasına görə Putinə minnətdar olmalıdır. Və belə görünür ki, həm də yerini bilməlidir. İndi onun yeri Putindən arxadadır, hətta öz ölkəsində olsa belə...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *