Türkiyə prezidentinin müşaviri Bakıda “zühur edən” qondarma “Mehdi” ilə görüşdü, qalmaqal yarandı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

Türkiyə prezidentinin müşaviri Bakıda “zühur edən” qondarma “Mehdi” ilə görüşdü, qalmaqal yarandı

Türkiyə prezidentinin müşaviri Bakıda “zühur edən” qondarma “Mehdi” ilə görüşdü, qalmaqal yarandı

Bu günlərdə Bakıda səfərdə olan Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu və AKP Ordu millət vəkili Metin Gündoğdu Bakıda “zühur edən” qondarma “imam Mehdi” ilə görüşüb. Virtialaz.org xəbər verir ki, görüş ötən həftənin şənbə günü baş tutub. Görüş faktını özünü “imam Mehdi” adlandıran Kazım Əziz adlı həmin şəxs yerli saytlara açıqlamasında təsdiq edib.

Kazım Əziz adlı şəxs Bakının Kürdəxanı qəsəbəsinin sakinidir, 2015-ci ildə o, internetdə yaydığı çıxışında özünü “imam Mehdi” adlandırıb. Bir çox məmurlarla, o cümlədən Türkiyənin tanınmış xadimləri ilə “əlaqələrinin olduğunu” iddia edib.

Yalçın Topçu və Metin Gündoğdu Bakıya sonuncunun rəhbərlik etdiyi “Yerli Düşüncə Dərnəyi”nin təşkil etdiyi “Türk filmləri həftəsi” tədbirləri üçün gəlib. Bu tədbirlərə Türkiyənin Mədəniyyət Nazirliyi sponsorluq edib.

Türkiyə prezidentinin müşaviri Bakıda “zühur edən” qondarma “Mehdi” ilə görüşdü, qalmaqal yarandı


Kürdəxanılı “imam Mehdi” deyir ki, Yalçın Topçu və Metin Gündoğdu ilə görüşündə onlara prezident Ərdoğana çatdırmaq üçün məktub da təqdim edib. “Ərdoğan ancaq mənim sayəmdə dünya lideri ola bilər. Onun Trampa və Putinə sözü keçməz, ancaq mənim sayəmdə və Allaha dua etməyimlə onlar üzərində təsirə malik ola bilər”-deyə “imam Mehdi” yüksək rütbəli türkiyəli rəsmilərə bildirib.

"Türkiyənin dünyada söz sahibi olmasını, Avropanın, Rusiyanın Amerikanın onunla hesablaşmasını istəyirsinizsə məni Rəislə görüşdürün"-kürdəxanılı "Mehdi sahib əz-zaman" türkiyəli rəsmilərə Ərdoğanla görüş istəyini də çatdırıb.

Türkiyə prezidentinin müşaviri Bakıda “zühur edən” qondarma “Mehdi” ilə görüşdü, qalmaqal yarandı


Türkiyənin aydınlık.com.tr saytı prezidentin müşavirinin və hakim partiya millət vəkilinin özünü “Mehdi” adlandıran, Azərbaycanda “saxtakar, dələduz” kimi tanınan biriylə görüşməsini “skandal” adlandırır. Bildirilir ki, bu görüş sosial şəbəkələrdə kəskin tənqid edilib, Türkiyə cümhuriyyətinin etibarını zədələyən hadisə adlandırılıb.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *