Ceyhandan yola salınan 1 milyon barrel kürd neftinin sirri: alıcı kimdir? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

Ceyhandan yola salınan 1 milyon barrel kürd neftinin sirri: alıcı kimdir?

Ceyhandan yola salınan 1 milyon barrel kürd neftinin sirri: alıcı kimdir?

Rəsmi Bağdad Bərzani rejiminin keçirdiyi müstəqillik referendumundan sonra xarici dövlətləri İraqın şimalındakı regional kürd administrasiyasından birbaşa neft almamağa çağırsa da Ərbil hökuməti Türkiyənin Ceyhan limanından neft ixracını davam etdirir.

Virtualaz.org xəbər verir ki, neft tankerlərinin hərəkətini izləyən TankerTrackers.com saytının bloqerləri Ceyhan limanından 1 milyon barrelə yaxın kürd nefti ilə yüklənən tankeri qeydə alıblar.

Ceyhandan yola salınan 1 milyon barrel kürd neftinin sirri: alıcı kimdir?


İtaliya bayrağı altında üzən, Triest limanında qeydiyyatda olan “Valtamed” adlı tanker noyabrın 13-də Kərkük-Ceyhan kəməri ilə nəql olunan neftlə doldurulub və Süveyş kanalı istiqamətində yola çıxıb. Lakin ötən gün tanker İsrail sahillərində istiqamətini dəyişib, Aşkelon limanına doğru dönüb və peyk rabitə sistemini bir sutkalığa söndürüb. Tanker İsrail sahillərində nefti başqa tankerə yükləyib, lakin peyk siqnalizasiyası söndürüldüyündən bloqerlər neftin hansı tankerə yükləndiyini qeydə ala bilməyiblər. “Marinetraffic” saytının məlumatına görə tanker hazırda Kiprin Limasol limanına doğru hərəkət edir.

Ceyhandan yola salınan 1 milyon barrel kürd neftinin sirri: alıcı kimdir?


Xatırladaq ki, referenduma cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq kürd administrasiyasını neftin Ceyhan limanından nəqlini dayandıracağı ilə hədələmişdi. Lakin kürdlər referendumun nəticələrinə əsasən müstəqillik bəyannaməsini elan etməyi qeyri-müəyyən vaxta təxirə saldıqlarından Türkiyə Ərbilin əsas gəlir mənbəyini kəsməyib. Son rəqəmlərə görə Kərkük-Ceyhan limanından saatda 7.5 min barrel neft nəql olunur. Əvvəllər bu rəqəm 13 min barrel idi. Azalma Kərkük neft yataqlarının İraq hökumət qüvvələrinin nəzarətinə keçməsi ilə bağlıdır.

Kürd neftinin əsas alıcısı əvvəllər İsrail hesab olunurdu.
Ceyhandan yola salınan 1 milyon barrel kürd neftinin sirri: alıcı kimdir?
Ceyhandan yola salınan 1 milyon barrel kürd neftinin sirri: alıcı kimdir?

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *