Rusiya öz kriptovalyutasını buraxacaq » AzNews.info -Xəbər portalı

Rusiya öz kriptovalyutasını buraxacaq

Rusiya öz kriptovalyutasını buraxacaq

Rusiya öz kriptovalyutasını - kriptorublu buraxacaq.

"Investing.com" xəbər verir ki, bu açıqlama ilə Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov Moskva paytaxt klubunun qapalı iclasında çıxış edib.

Nazirin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsüdür.

N.Nikiforov bildirib ki, Rusiya kriptovalyutası ən tez zamanda yaradılmalıdır: "İnamla bildirirəm ki, kriptorubl yaradılacaq. Bir səbəbi açıqlaya bilərəm ki, biz bunu tez bir zamanda etməsək, 2 aydan sonra bunu bizim Avrasiya İqtisadi Birliyindən olan qonşularımız edəcək".

Nazir əlavə edib ki, kriptorublun alqı-satqısından əldə olunan gəlirdən 13% vergi tutulacaq. Həmçinin, əgər kriptorubl sahibi onu haradan əldə etdiyini açıqlaya bilməsə, rubla çevirdikdə ümumi həcmin 13%-i qədər vergi ödəyəcək. Kriptorublun yaradılması bitkoin və s. kriptovalyutaların leqallaşması mənasını daşımayacaq.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Estilo de moda de invierno, clásico y tendencia de convivencia de su elección
ugg clasico alto baratas
baratas precio ugg

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *