Mahmud Abbas Bakıya təcili nümayəndə heyəti göndərir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Mahmud Abbas Bakıya təcili nümayəndə heyəti göndərir – QÜDSDƏ GƏRGİNLİK

Mahmud Abbas Bakıya təcili nümayəndə heyəti göndərir

İsrail təhlükəsizlik qüvvələrinin Qüds şəhərində, Əl-Aksa məscidinin qarşısında fələstinliləri terror hücumu təhlükəsinə qarşı yoxlamaq üçün metal detektorları qurşadırması Fələstinlə yeni gərginliyə səbəb olub.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Fələstin rəhbəri Mahmud Abbas yaranmış vəziyyətlə bağlı iyulun 19-da Çinə səfərini yarımçıq kəsib və Ramallaha qayıdaraq kabinetin fövqəladə iclasını keçirib.

Mahmud Abbas Bakıya təcili nümayəndə heyəti göndərir


Mahmud Abbas İsrail tərəfinin hərəkətlərini “status-kvonu dəyişdirmək cəhdi və beynəlxalq hüququn pozulması” adlandırıb. Fələstin lideri yaranmış vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb və Azərbaycana təcili nümayəndə heyəti göndərməyi tapşırıb. Habelə Mahmud Abbas ərəb xalqını və islam dünyasını fələstin xalqını və Qüdsün müqəddəs məkanlarını müdafiə etməyə çağırıb.

İsrail təhlükəsizlik qüvvələri Əl-Aksa məscidi qarşısında metal detektorlarını israilli ərəblər tərəfindən əsgərlərə bıçaqlı hücumlardan sonra quraşdırıb. Bu hücum zamanı iki İsrail əsgəri həlak olub. Lakin fələstinlilər metal detektorlarının quraşdırılmasını özlərinə qarşı təhqir hesab edərək məsciddə ibadəti dayandırıblar. Fələstin mənbələri hədələyiblər ki, əgər metal detektorları götürülməsə israillilərə qarşı odlu silahlardan istifadə olunmaqla hücumlar başlayacaq və vəziyyət nəzarətdən çıxacaq.

Mahmud Abbas Bakıya təcili nümayəndə heyəti göndərir


Xəbər verilir ki, Mahmud Abbas yaranmış vəziyyətlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb, ondan xahiş edib ki, Ankara böhranın fələstinlilərin maraqlarına uyğun nizamlanması üçün İsrail və ABŞ nümayəndələri ilə danışıqlar aparsın.

Fələstin liderinin yaranmış vəziyyətlə bağlı Bakıya nümayəndə heyəti göndərmək tapşırığının detalları açıqlanmasa da şübhə yoxdur ki, belə tapşırıq verərkən Mahmud Abbas Azərbaycanın İsraillə yaxın münasibətlərini, habelə onun islam dünyasında nüfuzunu nəzərə alıb. Rəsmi Bakı xüsusi car çəkməsə də məlumdur ki, bundan əvvəl Azərbaycan İsraillə Fələstin arasında müəyyən vasitəçilik missiyasını üzərinə götürmüşdü. Azərbaycan İsraillə yaxın tərəfdaşlıq münasibətlərinə malik olan, eyni zamanda islam dünyasında ciddi nüfuza malik tək müsəlman ölkəsidir. Və belə görünür ki, Mahmud Abbas da bu amili nəzərə alıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *