“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...” – LONDONDAN ERMƏNİLƏRƏ SUAL

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...”

“Əgər erməni tərəfinə Azərbaycanın aldığı silahlara bərabər silahlar və hərbi texnika verilirdisə o zaman nəyə görə erməni tərəfi döyüşü uduzdu?”.

Virtualaz.org xəbər verir ki, bu sualla Londonda mənzillənmiş analitik Treysi Cerman Ermənistanın “168 jam” qəzetinə açıqlamasında çıxış edib.

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...”


Onun sözlərinə görə, erməni tərəfinin Azərbaycanın ancaq İsraildən aldığı hərbi texnikada üstünlüyünün olduğu haqda dedikləri də həqiqətə uyğun deyil. Çünki Azərbaycana başqa miqyasda və keyfiyyətdə silah-texnika verirlər, Ermənistana isə başqa.

“Mən yada salıram ki, Ermənistan prezidenti Serj Sərkisyan ötən ilin aprel günlərində Berlində demişdi ki, erməni tərəfi 80-ci illərin silahları ilə döyüşür. Bu da mahiyyətcə o deməkdir ki, Rusiya Ermənistana ucuz qiymətə köhnə, işlənmiş texnika verir. Azərbaycana isə bazar qiymətlərinə ən yeni silahlar satılır. Azərbaycanın müdafiə qabiliyyətində əsas amil bax budur”-londonlu analitik deyib.

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...”


Treysi Cerman deyib ki, o, Rusiya ekspertlərinin Azərbaycana və Ermənistana silah təchizatı zamanı balansı gözlədiyi haqda dediklərinə inanmır. Rusiya yalnız ötən ilin aprel döyüşlərindən sonra boşluğu doldurmağa çalışdı və Ermənistana “İsgəndər”lər verdi. Müəyyən təşəbbüslər göstərdi.

Xatırladaq ki, aprelin 26-da Rusiyadan Azərbaycana gəmilərlə yeni silah və texnika gətirilib. Müdafiə Nazirliyi Rusiyadan gətirilən yeni silah-texnika partiyasından ancaq BTR-82A zirehli transportyorlarını nümayiş etdirib. Qalan silahların nədən ibarət olduğu açıqlanmayıb. Azərbaycanın Rusiyadan növbəti dəfə yeni silahlar alması Ermənistanda xeyli pərtlik yaradıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *