Əsədin ardınca Kimə qulaqburması: ABŞ təyyarədaşıyanı Şimali Koreyaya doğru üzür » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Əsədin ardınca Kimə qulaqburması: ABŞ təyyarədaşıyanı Şimali Koreyaya doğru üzür

Əsədin ardınca Kimə qulaqburması: ABŞ təyyarədaşıyanı Şimali Koreyaya doğru üzür

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Karl Vinson” təyyarədaşıyanı başda olmaqla zərbə qruplaşması Şimali Koreya sahillərinə doğru üzür.

Virtualaz.org xəbər verir ki, “Reuters” agentliyi zərbə qruplaşmasının Sakit okeanın qərb hissəsindən, Sinqapurdan yola çıxdığını bildirir. Məlumatı Amerika hərbi qaynaqları verib.

Bildirilir ki, təyyarədaşıyanın başçılıq etdiyi zərbə qruplaşması “Şimali Koreya tərəfindən son təxribatlara cavab olaraq” bu ölkəyə doğru istiqamət alıb. Hələlik zərbə qruplaşmasının nə planlaşdırdığı məlum deyil. Lakin o məlumdur ki, “Karls Vinson” un Avstraliya sahillərinə planlaşdırılmış reydi nəzərdə tutulurdu. İndi isə komandanlıq təyyarədaşyanın istiqamətini Şimali Koreyaya doğru yönəldib.

Əsədin ardınca Kimə qulaqburması: ABŞ təyyarədaşıyanı Şimali Koreyaya doğru üzür


ABŞ administrasiyasındakı mənbə deyib ki, gəmi qruplaşmasının həmin istiqamətdə irəliləməsinin səbəbi Şimali Koreya rejimindən qaynaqlanan hərbi təhdidlər, o cümlədən nüvə təhdidi ilə bağlıdır. Belə ki, Pxenyan bir-birinin ardınca ballistik raket sınaqları keçirir. Bu günlərdə Ağ evin Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa Kim Çen Inı cilovlamaq üçün plan təqdim edib. Bu planda Kim Çen Inın və onun nüvə silahına çıxışı olan yaxın ətrafının öldürülməsi variantı da yer alır. Habelə təklif olunur ki, Şimali Koreyaya diversiya qrupu göndərilsin və Cənubi Koreyada nüvə silahı yerləşdirilsin.

Əsədin ardınca Kimə qulaqburması: ABŞ təyyarədaşıyanı Şimali Koreyaya doğru üzür


“Karl Vinson” təyyarədaşıyanı bundan əvvəl Yaxın Şərqdə və Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda iştirak edib. Təyyarədaşıyanın göyərtəsində 90 təyyarə və vertolyot yerləşir.

Xatırladaq ki, aprelin 7-də ABŞ Suriya rejiminin İdlib bölgəsində həyata keçirdiyi kimyəvi silah hücumuna cavab olaraq Bəşər Əsədin ordusunun aviabazasına raket zərbələri endirib. Vaşinqton bildirir ki, zərurət yaranarsa Suriyaya yeni zərbələr endiriləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *