AzNews.info 4 yaşını qeyd edir » AzNews.info -Xəbər portalı

AzNews.info 4 yaşını qeyd edir

AzNews.info 4 yaşını qeyd edir


Bugün AzNews.info 4 yaşını qeyd edir.

Artıq 4 ildir fəaliyyət göstərən “AZNEWS.INFO” informasiya portalı 2013-cu il fevralın 13-də Orxan Səfərlinin təşəbbüsü ilə yaradılıb. Bu dövr ərzində daim gündəmin ən aktual xəbərlərini çatdırmaq məqsədi güdən sayt özünəməxsus oxucu kütləsi yığmağa nail olmuşdur. Saytın eyni adlı facebook səhifəsinin isə 100000ə yaxın aktiv istifadəçisi var.

Qeyd edək ki, saytın baş redaktoru Mircavad Fatullayev, redaktorları Ema Cəfərova və Rüstəm Abdullayevdir. AZNEWS.INFO internet qəzeti tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə yanaşı dünyada baş verən ən aktual xəbərlər portalda yayımlanır. Bundan basqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır.

Hörmətli oxucularımız, 4 il boyunca bir sıra mühüm tədbirlərdən eksklüziv fotoreportajlarla, xəbərlərlə qonağınız olduq. 4 il boyunca reytinqə qaçmadıq, daim ciddi və dəqiq xəbərlərlə yanınızda olmağa çalışdıq. Gündəmin nəbzini tutaraq daha ciddi məsələlərə xalqımızı fokuslandırmağa çalışdıq. Tam müstəqil və obyektiv yanaşma tərzimizi ortaya qoyduq. Və bütün bu zəhmətimizi və əməyimizi böyük sevgi və istəklə sizə xəbər şəklində təqdim etdik, edirik və bundan sonra da edəcəyik.

4 il boyunca bizi izləyən bütün oxucularımıza, izləyicilərimizə təşəkkürümüzü bildiririk. Sonda, bir daha hər birinizə təşəkkür edirik! Sizin səsiniz bizik, bizim gücümüz sizsiniz!

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *