Bağla

AzNews.info



Avropa İttifaqı Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibətilə bəyanat verib

Avropa İttifaqı Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibətilə bəyanat verib

Azərbaycan müstəqillik illəri ərzində hərtərəfli inkişaf edib.

APA-nın verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı sözçüsünün Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Avropa İttifaqı güclü demokratiya institutlarının və qanunun aliliyinin inkişaf etdirilməsi və bütün azərbaycanlılara faydalı olacaq iqtisadi inkişafı dəstəkləmək sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək.

“Bu il həmçinin Aİ-Azərbaycan əlaqələrinin 25 illiyi qeyd olunur. Bununla yanaşı, Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Razılaşmasının imzalanmasından 20 il keçir. Aİ Azərbaycanla 1996-cı ildə imzalanmış bu razılaşmanın əvəzində yeni əməkdaşlıq sazişi üzrə danışıqların başlanmasını və qarşılıqlı maraq, yenicə nəzərdən keçirilmiş Avropa Qonşuluq Siyasətinin prinsipləri və beynəlxalq qanun çərçivəsində ikitərəfli əməkdaşlığı daha inkişaf etdirməsini səbirsizliklə gözləyir.

Bizim Şərq Tərəfdaşlığı proqramı ilə yanaşı, bu yeni saziş ikitərəfli dialoqu genişləndirməyə, daha möhkəm iqtisadi və inkluziv cəmiyyət qurmağı dəstəkləməyə və Azərbaycan xalqı ilə əlaqələri inkişaf etdirməyə xidmət edəcək", - deyə bəyanatda bildirilir.

Mənbə: APA

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *