Millimiz Xorvatiyaya ŞOK yaşatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Futbol

Millimiz Xorvatiyaya ŞOK yaşatdı

Millimiz Xorvatiyaya ŞOK yaşatdı


Avro-2016-nın seçmə mərhələsi çərçivəsində VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası da növbəti oyununa çıxıb.

Robert Prosineçkinin yetirmələri öz meydanında baş məşqçinin həmyerliləri ilə, yəni Xorvatiya yığması ilə qarşılaşıb.

Xorvat mütəxəssisin millimizə baş məşqçi təyin olunmasından sonra keçirdiyi 2 rəsmi oyunda da yenilməyən komandamız bu dəfə daha çətin sınaq qarşısında idi.

Osiyekdəki oyunda Xorvatiya millisi yığma komandamız üzərində 6:0 hesablı qələbə qazanmışdı. Ancaq bu dəfə milli komandamız güclü rəqibinə qarşı layiqli müqavimət göstərə bildi.

Rəqibin aramsız hücumlarını səliqəli şəkildə qarşılayan və inamla müdafiə olunan Prosineçkinin yetirmələri yekunda qolsuz bərabərliyə nail ola bildilər.


3 sentyabr

Azərbaycan – Xorvatiya - 0:0
“Bakcell Arena”. Hakimlər: Rudi Buket, Gillom Debar, Kiril Qrinqor, Filipp Jann


Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 9. Məhəmməd Qurbanov, 10. Ruslan Qurbanov
Ehtiyat oyunçular: 12. Aqil Məmmədov (q), 23. Səlahət Ağayev (q), 4. Pavel Paşayev, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 20. Cavid Tağıyev, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 18. Elnur Cəfərov
Baş məşqçi: Robert Prosineçki

Xorvatiya: 23. Daniel Subaşiç (q), 2. Şime Vrsaylko, 5. Vedran Çorluka, 21. Domaqoy Vida, 3. Daniyel Pranyiç, 4. İvan Perisiç, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 19. Milan Bedel, 8. Marko Pyaça, 17. Mario Mancukiç
Ehtiyat oyunçular: 1. İvan Varqiç (q), 12. Lovr Kaliniç (q), 6. Deyan Lovren, 13. Marko Leskoviç, 22. Marin Leovaç, 11. Miyo Çaktaş, 14. Marselo Brozoviç, 20. Mateo Kovaçiç, 9. Mateo Kramariç, 15. Ante Rebiç, 16. Nikola Kaliniç, 18. İvitsa Oliç
Baş məşqçi: Niko Kovaç

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *