Tiflisdən bizə 67 milyonluq gəlir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Tiflisdən bizə 67 milyonluq gəlir

Tiflisdən bizə 67 milyonluq gəlir


Azərbaycandan Gürcüstana idxal edilən qazın həcmi azalıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabata görə, 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstana 67,4 milyon dollar dəyərində olan 319,85 min kub metr təbii qaz idxal edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,2 faiz azalıb.

Həmçinin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 100,7 milyon dollarlıq məhsul idxal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz daha azdır.

Azərbaycanla Gürcüstan arasında qaz idxalının ümumi həcmi 66,2 faizdir. Azərbaycan Gürcüstana bu yanacaq növünün əsas təchizatçısı sayılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *