Bağla

AzNews.info



Bakının məşhur şadlıq sarayının rəhbəri həbs edildi

Bakının məşhur şadlıq sarayının rəhbəri həbs edildi


Bakının Nizami rayonu ərazisində “Karvan-K” istehsalat kommersiya şirkəti tərəfindən əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif cinsli (şam, sərv və qarağac) 9 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 7.920 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində şirkətin direktoru Şirinov Vüqar İbiş oğlunun xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq mövqeyindən sui-istifadə edərək üzərində hər hansı hüquqları olmayan torpaq sahəsindəki yaşıllıqların məhv edilməsi hesabına həmin şirkətin balansında olan “Planet” şadlıq sarayının arxa hissəsində yenidənqurma işləri aparmaqla, qabaqcadan əlbir olduğu fərdi əmək fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakinləri Salmanov Vasif Telman oğlu və Əhmədov Sadiq Rza oğluna verdiyi tapşırığa əsasən, sonuncuların həmin ərazidə 9 ədəd ağacı qanunsuz olaraq kəsmələrində əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.

V. Salmanov və S. Əhmədova Cinayət Məcəlləsinin 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə), V. Şirinova isə həmin məcəllənin 259.3-cü maddəsi ilə yanaşı, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mənbə: Oxu.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 1 avqust 2017 12:26
  • Yazan: g
On this weeks Two-Stroke Tuesday brought to cbr 600 f4i mirrors you by Boyesen we take a look at our off-road mirrors for a motorcycle Yamaha YZ250 build. This machine graced dirt bike spoke covers the cover of DB when it was completed. We show you a few items from Hardline, Cylinder Works and Seat Concepts that get your premix flowing. You don’t want to fz-07 miss this weeks Two-Stroke Theater featuring 3 sweet project bikes and one very rare TM300. Yamaha YZ250 faithful be sure to click the image at the bottom for r6 rearset more eye candy !

Scarpe da corsa Nike scarpe, ti permettono un esercizio confortevole,scarpe nike outlet meriti di avere, cosa stai aspettando?nike air max outlet Scarpe da corsa Nike, super pratico!

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *