Azərbaycanda bələdiyyələrin xəritələri hazırlanacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda bələdiyyələrin xəritələri hazırlanacaq

Azərbaycanda bələdiyyələrin xəritələri hazırlanacaq


“Artıq torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinə start verilib”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bildirib.

“Belə ki, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, habelə respublikanın 12 rayonunda işlər tamamlanıb.

2017-ci ildə Naftalan, Mingəçevir, Şirvan şəhərlərində və 14 kənd rayonunda torpaqların elektron kadastr uçotuna alınması və bu uçot məlumatları əsasında 280-dən artıq bələdiyyənin xəritələrinin hazırlanması planlaşdırılır.

Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq, bütün torpaq sahələrinin uçotunu aparmaqdır.

Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatları toplayır.

Torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri müəyyən etməyi, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə nəzarəti təmin edir. Torpaq münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaradır, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməyə imkan verir”, - deyə o qeyd edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *