Torpaqlarla nəzarət bu komitəyə verildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Torpaqlarla nəzarət bu komitəyə verildi

Torpaqlarla nəzarət bu komitəyə verildi


"Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətləri artırılıb. Artıq torpaqların dövlət mühafizəsi və qorunması, torpaqların təyinatı üzrə istifadəsinə dövlət nəzarəti kimi vəzifələr komitəyə həvalə edilib".

ANS PRESS-in məlumatına görə, bunu jurnaslistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov söyləyib. O bildirib ki, prezident İlham Əliyev tərəfindən mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədi ilə müvafiq fərman imzalanıb. Bu fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinin yeni əsasnaməsi təsdiq edilib:

"Komitənin yeni əsasnaməsinə uyğun olaraq mülkiyyət hüquqları və torpaq münasibətlərinin tənzimlənməsində "bir pəncərə" prinsipi tətbiq edilir. Vətəndaşlar yalnız bir ünvana müraciət etməklə onlara məxsus daşınmaz əmlakları dövlət reyestrində qeydiyyata aldıra biləcəklər. Bununla da, vaxt itkisi aradan qalxacaq. Eyni zamanda, mülkiyyət hüquqlarının qeydiyyatı sürətlənəcək, sənədləşdirilmiş daşınmaz əmlakların sayının artması ilə qeydiyyat arealı genişlənəcək".

Dövlət komitəsinin rəsmisi əlavə edib ki, bütün kateqoriyalı torpaqların elektron uçotu və məlumat bankının yaradılması istiqamətinbdə işlər aparılır: "Torpaq bazarının təşkili, daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi sahəsində işlər həyata keçirilir. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir. Torpaq sahələrinin dəqiq sərhədlərinin təyin edilməsi, koordinat uyğunsuzlarının aradan qaldırılması istiqamətində effektiv tədbirlərin icrasına başlanılıb", - deyə R.Əliyev vurğulayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *