Bakıda mənzillər bahalaşır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda mənzillər bahalaşır – CƏDVƏL

Bakıda mənzillər bahalaşır


2015-ci ilin sentyabrında Bakının təkrar mənzil bazarında bir kvadratmetr sahənin orta qiyməti avqust ayı ilə müqayisədə 4,45 faiz artaraq 1618 dollar (manatla ifadədə isə 4,47 faiz artımla 1696 manatadək) təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, son ayda müşahidə edilən kiçik qiymət artımı sırf təkrar əmlak bazarında baş verən struktur dəyişikliyi ilə əlaqəlidir. Yəni sentyabr ayında təkrar mənzil bazarında təklif edilən mənzillər sırasında bahalı mənzillərin payı ötən aylara nisbətən çox olub. Buna da səbəb ucuz mənzillərin satılaraq təklif portfelində sayının azalmasıdır.

Ümumilikdə əmlak bazarında alıcılıq qabiliyyətinin aşağı səviyyədə olması təklif portfelinin artmasına gətirib çıxarıb. Təkrar mənzil bazarında davam edən passivliyin nəticəsi olaraq sentyabr ayında təklif həcmi 6,8% artıb. Avqust ayında ümumi təkliflərin sayı 1083 olduğu halda, bu rəqəm sentyabr ayında 1163 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 39 azalıb.

Hesabatda deyilir ki, son bir il ərzində bazara satış üçün təklif edilən təkrar mənzillərin sayının böyük həcmdə aşağı düşməsi bazardakı ciddi durğunluqdan xəbər verir. Dünyada və daxili bazarda baş verən dəyişikliklərə görə satıcılar mənzillərini satışdan çıxardaraq gözləmə mövqeyini tutmaqdadırlar.

Qeyd olunur ki, ötən aylarda olduğu kimi, bu ay da təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 56 faizə bərabər olub.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 42%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1195 $/kv.m-dir.

Ümumi təklif portfelinin 41%-ni 1500-2000 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1720 $/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadratmetrinin dəyəri 2000 dollardan çox olan mənzillərin bazardakı payı isə 17% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2445 $/kv.m təşkil edib.

Təkrar mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “stalinka” layihəli 3 otaqlıda qeydə alınıb. “Sahil” metro stansiyası yaxınlığında yerləşən 72 kv.m sahəyə malik, yaxşı təmirli mənzilin kvadratmetrinin satışa təklif olunan qiyməti 4600 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda, Məhəmmədi kəndində yerləşən orta təmirli 80 kv.m-lik sahəyə malik “yeni tikili” layihəli, 3 otaqlı mənzildə qeydə alınıb - 571 $/kv.m.

Rayonlar üzrə 2015-ci ilin sentyabrında bir kv.m-ə görə orta bazar qiyməti:

Bakıda mənzillər bahalaşır

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *