Moskvada azərbaycanlı taksi sürücüləri saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Avto, Foto

Moskvada azərbaycanlı taksi sürücüləri saxlanıldı – FOTO

Moskvada azərbaycanlı taksi sürücüləri saxlanıldı


Moskva polisinin əməkdaşları iki Azərbaycan vətəndaşını saxlayıblar. Onlar fərdi sərnişindaşıma və eyni zamanda öz müştərilərini pivəyə qarışdırılmış psixotrop preparat vasitəsilə zəhərləyərək qarət edirdilər.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Moskvanın şimal administrativ vilayəti üzrə Dİ İdarəsindən bildiriblər.

İdarənin nümayəndəsinin sözlərinə görə, yalnız birinci sutka ərzində polislərə taksi sürücülərinin üç qurbanından şikayət gəlib, onlar isə on zəhərlənmədə günahkar ola bilərlər.

“İyunun altısında gecə saat ikinin yarısında Voykovsk rayon üzrə DİN şöbəsinə Moskva universitetlərinin 24 yaşlı tələbəsindən ərizə daxil olub. “Planernaya” metrostansiyası yaxınlığında o maşın saxlatdırıb... Ünvana gedərkən taksi sürücüsü ona pivə təklif edib. İçkini içən tələbə huşunu itirib. Özünə gəldikdən sonra o, planşetinin, pulunun və skripkasının olmadığını görüb”, - polisdən bildiriblər.

Ərizə üzrə Rusiya Federasiyası CM-nin “qarət” maddəsi ilə cinayət işi açılıb. Şübhəli şəxs saxlanılıb. Bu, əslən Azərbaycandan olan 40 yaşlı kişidir. Avtomobilə baxış zamanı psixotrop təsir göstərən həblər aşkar edilib. Bununla yanaşı avtomobildən pulqabı, planşetlər və mobil telefonlar tapılıb.

Sonradan taksi sürücüsünün yaşadığı ünvan üzrə aparılan axtarışda əslən Azərbaycandan olan şübhəli bilinən şəxsin 48 yaşlı qardaşı saxlanılıb. Onun maşınında əməliyyatçılar eyni həbləri, eləcə də çemodan, pulqabları və pul aşkar ediblər.

“Hal-hazırda saxlanılan şəxslərin əlavə qanunsuz davranışlarının epizodları araşdırılır. Şimal administrativ vilayəti üzrə Dİ İdarəsinin əməkdaşları bu şəxslər tərəfindən zərərçəkən vətəndaşların polisə müraciət etmələrini xahiş edirlər”, - İdarədən bildiriblər.

Moskvada azərbaycanlı taksi sürücüləri saxlanıldı
Moskvada azərbaycanlı taksi sürücüləri saxlanıldı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *