Azərbaycanda müğənni həbs olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Maqazin

Azərbaycanda müğənni həbs olundu

Azərbaycanda müğənni həbs olundu

Regional xüsusi xidmət orqanlarının axtardığı narkotik alverçisi Lənkəran rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Lənkəran rayon Polis İdarəsindən məlumat verilib.

Saxlanılan şəxs 1979-cu il təvəllüdlü Məmmədov Elnur Ağa oğludur.

O, əməliyyatçılar tərəfindən narkotik maddə qəbul edərkən yaxalanıb. Məmmədovun saxlanılmasına səbəb yanvar ayında iki kiloqram narkotikin saxlanılması ilə bağlı aparılan araşdırma olub. Yanvarın 22-də Lənkəran RPİ-nin əməliyyatçıları 2 kq 100 q tiryək və 100 qr metamfetamin (amfetamindən hazırlanmış kristal məhsul) ələ keçiriblər. Reyd zamanı Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Məmmədov Aqşin Aslan oğlu saxlanılıb.

Əməliyyatçılar Aqşin Məmmədovu avtomobillə Bakıya gələrkən yaxalayıblar. Axtarış zamanı Məmmədovun üzərindən iki kq 100 qr tiryək və 100 qr metamfetamin (amfetamindən hazırlanmış kristal məhsul) tapılaraq götürülüb. Məmmədov etiraf edib ki, narkotik maddəni şəhərdə 10 min manata, metamfetamini isə 5 min manata satmağa hazırlaşırmış. İlkin istintaq zamanı saxlanılan şəxs bildirib ki, narkotiki Rza adlı İran vətəndaşından alıb.

Məmmədovun sözlərinə görə, o, iranlıya 10 min manat verib ki, ona gül üçün dekorativ qablar göndərsin. Lakin Rza gül qabı almayıb.

“Gül qabları yoxdur, pul xərclənib, amma əvəzində tiryək var, onu Bakıda sataraq böyük pul əldə edə bilərsən” — iranlı Məmmədova bildirib. Məsələni beləcə həll ediblər. Məmmədov Rzadan tiryək və metamfetamin alıb və sərhəddən rahat keçirib. Lakin Bakı yolunda onu asayiş keşikçiləri yaxalayıblar. Aqşin Məmmədovun telefon danışıqları araşdırılarkən xüsusi xidmət orqanlarının əməkdaşları narkotik maddə sifarişçisi Elnur Məmmədovun izinə düşüblər.

“Regionun xüsusi xidmət orqanları onu uzun müddət axtarırdılar. O, çox ustalıqla özünün cinayət fəaliyyətlərini gizlədib. Burada hamı Məmmədovu yerli toylarda mahnı oxuyan müğənni kimi tanıyırlar” – hüquq-mühafizə orqanlarının əməkdaşı deyib.

Lənkəran RPİ-dən verilən məlumata görə, bu gün sözügedən şəxslərlə əlbir olan bütün cinayətkar dəstə, sifarişçilər və icraçılar saxlanılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *