Üç il əvvəl meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Üç il əvvəl meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub

Üç il əvvəl meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub


Lənkəranda üç il əvvəl yanmış meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Belə ki, 2013-cü il may ayının 15-də Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın evində sobanın üstündə yanmış meyiti tapılıb.

Daxil olmuş məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən tarixdə F.Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənovanın onu elektrik sobasının üstünə itələyib yıxaraq oradan 9100 manat pul və qızıl əşyalar aparmaları müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *