Coli zorlanan qadınlar üçün mərkəz açdı » AzNews.info -Xəbər portalı

Coli zorlanan qadınlar üçün mərkəz açdı

Coli zorlanan qadınlar üçün mərkəz açdı


Dünyanın ən tanınmış simalarından biri, Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli qadınlar üçün mərkəz açıb. ANS PRESS-in məlumatına görə, hərbi əməliyyatlar olan bölgələrdə seksual zorakılıqla mübarizə mərkəzi Londonda Coli və Böyük Britaniyanın keçmiş baş naziri Uilyam Heyqin iştirakı ilə açılıb.

Mərkəz "London School of Academics" bazası əsasında yaradılıb. Mərkəzdə münaqişə zonalarında qadınların zorakılığa məruz qalma halları, onların azaldılması, eləcə də təcavüzdə günahkar olanların məsuliyyətə cəlb edilməsi üçün lazımı informasiya və onların qarşısını alınması yolları axtarılacaq.

Anelina Coli deyib ki, əgər qadınlara qarşı cinayətlər cəzasız qalsa münaqişələri sülh yolu ilə həll etmək olmaz.

"Mən çox şadam ki, belə bir mərkəz açıldı. Burda bizim ehtiyacımızı qarşılacaq tələbələr təhsil alacaqlar. Bizə bu dünyada məsuliyyətli insanlar lazımdır. Təhsilli vən enerjili gənlər hər şeyi əllərinə alacaqlar. Onlar kabinetlərdə oturmayacaqlar. Məhkəmələrdə çıxış edəcək, dünyanın qaynar nöqtələrinə gedəcək və yaranmış vəziyyəti dəyişməyə çalışacaqlar".

Xatırladaq ki, Coli müntəzəm olaraq münaqişə zonalarına baş çəkir, qaçqınların problemləri ilə maraqlanır. Bu yaxınlarda isə o Türkiyəyə gedərək Suriyadan olan qaçqınlarla görüşüb. Bir necə gün öncə isə A.Coli ilə Bred Pittin Suriyadan olan 2 yaşlı uşağı övladlıq götürmək istədiyi barədə xəbərlər yayılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *