Volkswagen 33 mindən çox maşını geri çağırır » AzNews.info -Xəbər portalı

Bölmə: Avto

Volkswagen 33 mindən çox maşını geri çağırır

Volkswagen 33 mindən çox maşını geri çağırır

Almaniyanın “ Volkswagen” avtokonserni süzmə klapanında olan pozuntulara görə, 33,142 avtomobili Çin bazarından geri çağırmağı planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə Çinin məhsulların keyfiyyətinə texniki və karantin nəzarəti üzrə baş dövlət idarəsi məlumat yayıb.

Prosesə aprelin 30-dan start veriləcək.

Geri çağırılacaq avtomobillər 2014 dekabr – 2017 noyabr müddəti ərzində istehsal olunmuş “Tourage” modelindən olan krossoverlərdir.

Bu maşınların mühərrikləri güclü süzmə klapanları ilə təchiz olunub. Sistem suyu lazımı şəkildə süzmədikdə, bu maşının idarəolunması zamanı təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.

Qeyd edək ki, bundan əvvəl 2017-ci ildə Çində təhlükəsizliklə əlaqədar 20 milyondan çox avtomobil geri çağırılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *