560 mindən çox avtomobil geri çağırıldı - Əyləcdə problem » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto

560 mindən çox avtomobil geri çağırıldı - Əyləcdə problem

560 mindən çox avtomobil geri çağırıldı - Əyləcdə problem


"Ford" və Çinin "Changan" şirkəti birgə müəssisələrində yığılmış 560 mindən çox avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, avtomobillərin əyləc sistemindəki qüsurlara əlaqələndirilib.

Bildirilir ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal olunmuş təxminən 370 min "Mondeo" modeli və 2014-2017-ci illərdə buraxılan 200 min "Edge" modelinə şamil edilib.

Qeyd olunur ki, həmin avtomobillərin əyləc şlanqının materialları möhkəm deyil və bu, ekstremal şəraitdə təhlükə yarada bilər.

Şirkətdən bildirilib ki, fevralın 25-də başlayacaq geriçağırma prosesində bütün qüsurlu hissələr "Changan Ford" birgə müəssisəsinin hesabına dəyişdiriləcək.

Mənbə: Milli.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *