Gürcüstandan avtomobil idxalı xeyli azalıb » AzNews.info -Xəbər portalı

Bölmə: Avto

Gürcüstandan avtomobil idxalı xeyli azalıb

Gürcüstandan avtomobil idxalı xeyli azalıb


2014-cü ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 167,1 milyon dollar dəyərində 12,86 min minik avtomobili ixrac olunub.

Məlumata görə, göstərilən dövrdə Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 49,5 faiz təşkil edib. Xidmətin məlumatına əsasən, ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 50,4 faiz təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 26,8 faiz (dəyər baxımından), say nisbətində isə 11,51 min ədəd (47,2 faiz) azalıb. Müqayisə üçün bildirək ki, 2013-cü ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 228,2 milyon dollar həcmində 24,37 min avtomobil ixrac edilmişdi.

Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari ilin aprel ayının 1-dən başladığı Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır.

Avtomobillər Gürcüstana xaricdən gətirilir.

2014-cü ilin yanvar-iyul aylarında Gürcüstanın ixracatının 20,3 faizi Azərbaycanın payına düşüb. Bu dövrdə Gürcüstandan Azərbaycana 337,63 milyon dollar dəyərində məhsul (14,9 faiz az) ixrac edilib. Müqayisə üçün, ötən ilin ilk 7 ayında Azərbaycana 396,55 milyon dollar dəyərində Gürcüstan məhsulları ixrac edilib.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *