Malta hakimiyyəti “homoseksualizmin müalicəsi”ni qadağan etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Malta hakimiyyəti “homoseksualizmin müalicəsi”ni qadağan etdi

Malta hakimiyyəti “homoseksualizmin müalicəsi”ni qadağan etdi


Malta Avropada insanın homoseksual orientasiyasının geteroseksual orientasiyaya dəyişdirilməsi metodikası – reparativ terapiyan rəsmən qadağan edən ilk ölkə oldu.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu praktikanın qadağan edilməsinə dair qərar Malta qanunvericiləri tərəfindən yekdilliklə qəbul edilib.

Sənədə müvafiq olaraq insanın seksual orientasiyasının dəyişdirilməsi, sıxışdırılması və məhv edilməsinə görə, 10 min avro məbləğində cərimə və ya bir ilə qədər həbs cəzası nəzərdə tutulub.

Qanunda həmçinin qeyd edilir ki, heç bir seksual orientasiya və ya gender mənsubiyyəti çatışmazlıq və ya xəstəlik kimi nəzərdən keçirilə bilməz.

Reparativ terapiya homoseksuallığın psixi pozuntu olduğu ideyasına əsaslanır.

Bu gün reparativ terapiya Avropadan çox ABŞ-da tətbiq edilir, bununla yanaşı, ABŞ-ın bəzi ştatlarında (Kaliforniya və İllinoys) qadağan edilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *