Türkiyədə yanğın: 12 uşaq ölüb, 22 nəfər xəsarət alıb » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya, Video

Türkiyədə yanğın: 12 uşaq ölüb, 22 nəfər xəsarət alıb – VİDEO

Türkiyədə yanğın: 12 uşaq ölüb, 22 nəfər xəsarət alıb


Türkiyənin Adana əyalətinin Aladağ rayonunda özəl məktəbə məxsus şagird yataqxanasında baş vermiş yanğın nəticəsində 11-i qız olmaqla 12 nəfər ölüb.

Aznews.info APA-ya istinadən xəbər verir ki, ölənlərdən biri internatın işçisi, 11 nəfəri isə 10-14 yaşlarında olan məktəbli qızlardır.

Məlumata görə, hadisə nəticəsində 22 nəfər üçmərtəbəli binadan təxliyə edilərək xəstəxanaya yerləşdirilib.

Adana valisi Mahmut Dəmirtaşın sözlərinə görə, xəstəxanalara yerləşdirilən şəxslərdə şüşə qırıntılarından alınmış xəsarətlər və tüstüdən zəhərlənmə qeydə alınıb.

İlkin məlumata görə, yanğına səbəb elektrik xətdə baş vermiş qısaqapanma olub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *