İraq ordusu iki İŞİD liderini zərərsizləşdirib
İŞİD-in iki lideri İraq ordusunun artilleriya atəşi nəticəsində zərərsizləşdirilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyinin mətbuat xidməti bəyanat verib.
“İŞİD lideri, edamların həyata keçirilməsinə cavabdeh olan Salim Abu Xələf Rukaya və terror təşkilatının maliyyə sektorunun rəhbəri Həmid Diş Mosulun qərbində Vai kəndində məhv ediliblər”, - məlumatda deyilir. Onlar artilleriya atəşi nəticəsində zərərsizləşdiriliblər.
Mənbə:> Oxu.az