İŞİD-in taleyi bu gün həll olunacaq – FOTO
Mosul əməliyyatına başlanılıb.
2014-cü ildən İŞİD terrorçularının nəzarətində olan İraqın Mosul şəhərini azad etmək üçün ABŞ və Fransaya aid qırıcılar əməliyyata başlayıb. ABŞ qüvvələri həmçinin top atışları ilə ilk dəfə İŞİD-i vurub.
Aznews.info olkə.az-a istinadən xəbər verir ki, Türk hərbi mənbələri də bu məlumatı təsdiqləyib. Lakin türk hərbi qüvvələrinin hazırda hər hansı bir hərəkətə keçmədiyi bildirilib.
Bu gün səhər saatlarında kürd əsgərləri ilə birgə hərkət edən ABŞ və fransız hərbi qüvvələrinin Mosula doğru hərəkətə keçdiyi, növbəti mərhələdə şəhəri müsahirəyə alacaqları, əsas hərbi əməliyyatların bundan sonra başlanacağı bildirilib.
İraqın terrorla mübarizə üzrə rəhbəri Abdulgani Əsadi verdiyi açıqlamada bildirib ki, “hər şey bu gün və sabah həll olunacaq, əməliyyatlara son bir gün qalıb”.
Mənbə:> Ölkə.az