Ermənistanda həbsxana rəisinin avtomobilinə qumbara atıblar » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Ermənistanda həbsxana rəisinin avtomobilinə qumbara atıblar

Ermənistanda həbsxana rəisinin avtomobilinə qumbara atıblar


Ermənistanda “Vanadzor” cəzaçəkmə müəssisəsinin rəisi Gevork Mkrtçyanın avtomobili qumbara ilə partladılıb.

Aznews.info Report-a istinadən xəbər verir ki, bu barədə News.am məlumat yayıb.

Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, naməlum şəxs G.Mkrtçyanın Vanadzordakı malikanəsində dayanmış xidməti avtomobilinə tərəf qumbara tullayıb.
Partlayış nəticəsində malikanənin həyətindəki beton örtük və maşına ziyan vurulub.

Hadisə yerinə baxış nəticəsində qumbaranın qəlpələri, yayı və bəzi hissələri aşkar edilib.

Əmlakın qəsdən məhv edilməsi faktı üzrə cinayət işi başladılıb.

G.Mkrtçyan zərərçəkən qismində dindirilib. Bir sıra ekspertizalar təyin edilib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *