Ermənistanda həbsxana direktorunun avtomobili partladılıb
Ötən gecə Ermənistanda naməlum şəxslər Vanadzor həbsxanasının direktorunun “Niva” markalı avtomobilini partladıblar.
Oxu.Az xəbər verir ki, bu barədə “Novosti Armenii” saytı məlumat yayıb.
Hadisə gecə saat 02.30 radələrində baş verib. Partlayıcı qurğu avtomobilin altına yerləşdirilib. Partlayış anında avtomobildə heç kəs olmayıb.
Polis araşdırma aparır.
Mənbə:> Oxu.az