Türkiyədə 13 minə yaxın polis əməkdaşı işdən çıxarılıb
Türkiyədə dövlət çevrilişində ittiham edilən Fətullah Gülən ilə əlaqədə şübhəli bilinən 12 min 801 polis əməkdaşı işdən çıxarılıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə polis idarəsindən bildirilib.
Onların 2 min 523-ü yüksək vəzifəli polisdir.
İyulun 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı dövlət çevrilişinə cəhd edib. Əsas qarşıdurmalar Ankara və İstanbulda olub.
246 türk vətəndaşı həlak olub, 2 minə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, qiyam yatırılıb. Türkiyə hakimiyyəti Güləni qiyamın təşkilində ittiham edərək ABŞ-dan onun ekstradisiyasını tələb edib.
Gülən özü qiyamı pisləyib və bu qiyama heç bir aidiyyəti olmadığını söyləyib.
Mənbə:> Oxu.az