Aİ Türkiyədə olan suriyalı qaçqınlara hər ay 30 avro ödəyəcək
Avropa İttifaqı Türkiyə ərazisində olan suriyalı qaçqınlara hər ay 30 avro ödəmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.
Məlumata görə, vəsait oktyabr ayından bank kartlarına köçürüləcək. Proqramın həyata keçirilməsi Türkiyə hakimiyyətinin dəstəyi ilə Qırmızı Ayparanın türk filialı və BMT-nin Dünya ərzaq proqramı tərəfindən həyata keçiriləcək.
Humanitar yardım və böhranın idarəedilməsi üzrə Avropa komissarı Xristos Stiliandidisin fikrincə, bu ödəmələr qaçqınlara “normal həyat” hissini geri qaytaracaq.
“Bu addım böhrana cavabdır”, - o, sözlərinə əlavə edib.
Mənbə:> Oxu.az