Kansler: Türkiyənin Aİ-yə daxil olmasına çox var
“Avropaya yeni yol lazımdır”.
Avstriyanın kansleri Kristian Kern hesab edir ki, Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olmasına dair danışıqları dayandırmaq lazımdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, televiziyada çıxış zamanı o qeyd edib ki, bu məsələni Aİ sentyabrda keçiriləcək sammitində qaldırmağı planlaşdırır.
“Türkiyə ilə münasibətdə biz xahiş edən kimi yox, iri investorlardan biri rolunda çıxış edirik. Hər iki tərəfin itirə biləcəkləri var. Bu danışıqlar üçün yaxşı bazadır”, - agentlik Kernin sözlərindən sitat gətirib.
Bununla yanaşı, kanslerin fikrincə, Türkiyənin quruma daxil olmasına çox var.
“Bu nə indi, nə də yaxın on ildə baş verməyəcək”, - o, “Die Presse”ə bəyan edib.
“Həqiqətlə üzləşmək lazımdır: hazırda ittifaqa daxil olmaq barədə danışıqlar uydurmadan başqa bir şey deyil. Avropaya başqa yol lazımdır”, - o bildirib.
Avstriya hökumətinin rəhbəri bu məsələdə başlıca maneə olaraq yalnız Türkiyədə baş verən siyasi məsələləri deyil, eləcə də Avropada yolverilməz olan iqtisadi qeyri-bərabərliyi də göstərib.
Mənbə:> Oxu.az