ABŞ Yerevandakı vətəndaşları üçün narahatdır
Amerikanın diplomatik missiyası, polis bölməsinin hələ də qiyamçıların əlində olduğu barədə məlumat yayıb.
ABŞ öz vətəndaşlarını Yerevanda ehtiyatlı olmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin rəsmi bəyanatında bildirilib.
Diplomatik missiya Yerevanın Erebuni rayonundakı polis bölməsinin silahlı qrup tərəfindən ələ keçirilməsi ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq edib.
Məlumatda, həmçinin polis bölməsinin hələ də qiyamçıların əlində olduğu, şəhərdə vəziyyətin hər an gərginləşməsi təhlükəsinin mövcudluğu bildirilib.
Bununla yanaşı, səfirlik öz vətəndaşlarını aksiyaların keçirildiyi və insanların kütləvi şəkildə toplaşdığı məkanlardan uzaq olmağa çağırıb.
Mənbə:> Oxu.az