Türkiyədə prezident qvardiyası buraxıldı
Türkiyədə uğursuz hərbi çevrilişdən sonra prezident qvardiyasının buraxılmasına dair qərar qəbul olunub.
Oxu.Az-ın “Milliyet” nəşrinə istinadən məlumatına görə, bunu “A Haber” telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.
“Türkiyədə bundan sonra prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur”, - deyə Binəli Yıldırım bildirib.
Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb.
Mənbə:> Oxu.az