Yerevan “qiyamçıları” yeni şərtlər irəli sürdülər
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu “Şant” (“İldırım”) telekanalına hakimiyyətlə silahlı qruplaşma arasında vasitəçilik edən Vitali Balasanyan deyib.
Onun sözlərinə görə, bundan sonra qalan iki girov - polis general-mayoru Vartan Yeqiazaryan və polis polkovniki Valeri Osipyan - azad ediləcək.
KİV nümayəndələrinin mətbuat mərkəzində hansı vəzifəni yerinə yetiriləcəkləri açıqlanmır.
Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvanda Daxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif “Təsis parlamenti” vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.
Mənbə:> Oxu.az