Kim Çen In kökəlib və yata bilmir » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Kim Çen In kökəlib və yata bilmir

Kim Çen In kökəlib və yata bilmir

Şimali Koreya lideri Kim Çen Inın dörd il ərzində çəkisi 40 kq artıb və bununla yanaşı o, yuxusuzluqdan əziyyət çəkir.

Oxu.Az xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatına istinadən “The Independent” məlumat yayıb.

Nəşrin məlumatına görə, 33 yaşlı Şimali Koreya lideri çox yeyir və sui-qəsd qurbanı olacağı qorxusundan çox pis yatır.

“O, hakimiyyəti üçün hərbçilər tərəfindən potensial təhdidlərdən, şəxsi təhlükəsizliyinin təminatından narahatdır. Ola bilər ki, qida və spirtli içkilərdən həddən artıq çox istifadə etməsi xəstəliklərə səbəb olur”, - Cənubi Koreya parlamentinin kəşfiyyat üzrə komitəsinin sədri Li Çxol bildirib.

2012-ci ildə Kim Çen Inın çəkisi 90 kq, 2014-cü ildə 120 kq olub, hazırda isə 130 kq-dır.

Qəzet qeyd edir ki, 25 milyon sakini olan ölkədə aclığa baxmayaraq, piylənmə yüksək təbəqəyə adi olan ailələrin uşaqları və yeniyetmələri arasında problemə çevrilib. Ölkənin sabiq rəhbərləri Kim Çen İr və Kim İr Sen də piylənmədən əziyyət çəkirdilər.

2014-cü ildə KİV Kim Çen Inın pendirdən kökəldiyi barədə məlumat yaymışdı.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *