14 min yaşı olan mamont tapıldı
Macarıstanın Noqrad əyalətində 14 min il yaşı olan mamontun qalıqları aşkarlanıb.
ANS PRESS-in məlumatına görə, arxeoloji qazıntı aparan ekspertlərin bildirib ki, tapılmış qalıqlar mamontun çiyin sümükləri və onurğa sümüyünün parçaları olub. Qalıqlar indiki Macarıstan ərazisinə təsadüfən gəlib çıxmayıb, Ehtimal olunur ki, (eramızdan əvvəl yaşamış) ovçular onları hansısa məqsədlə bura gətirərək torpağa basdırıb. Buzlaşma dövrünün mamont qalıqları ilə yanaşı, ərazidən həmçinin Mis dövrü məskəninin izləri aşkarlanıb.
Mənbə:> ANSPRESS