TƏLİMÇİ TƏLƏB OLUNUR
İşəgötürən:> Mol Bulak Bank Olmayan Kredit Təşkilatı
İş yeri:> Bakı
Yaş həddi:> Fərq etməz
Cinsi:> Fərq etməz
Təhsil:> Ali
Təcrübə:> 4 ildən çox
Telefon:> (012) 488 05 10
Email:> n.ibrahimova@molbulak.com
Daxil olduğu Təşkilati struktur vahidi: Təlim-metodoloji Mərkəz
Kimə hesabat verir: Təlim-metodoloji Mərkəzin rəhbərinə
Əmək haqqı: Razılaşma yolu ilə
Namizədlərə olan əsas tələblər:
1. Maliyyə, bank işi, iqtisadiyyat, yaxud idarəetmə sahəsində ali və ya orta ixtisas təhsili;
2. Mükəmməl maliyyə təhlili, riyazi bilik və hesablama bacarığına malik olmaq;
3. Kredit mütəxəssisi kimi mikro və SME kreditlərin verilməsi sahəsində ən azı 4 (dörd) illik iş təcrübəsi;
4. Təlimlərin təşkili, sənədləşdirilməsi və keçirilməsi barədə məlumatlı olmaq;
5. Səmimi, mehriban xasiyyətə malik olmaq; insanlarla tez ünsiyyət qurmaq, onları özünə tabe etdirməyi və arxasınca aparmağı bacarmaq; başqalarını dinləmək və müşahidə etmək; insan psixologiyasına bələd olmaq;
6. Pedaqoqluq qabiliyyəti və bacarıqlarına malik olmaq;
7. Əmək mədəniyyəti və iş etikası barədə məlumatlı olmaq;
8. Fərdi və komanda şəklində işləməyi bacarmaq;
9. Azərbaycan dilini mükəmməl bilmək;
10. Kompüterdən istifadə etməyi bacarmaq (MS Windows, Outlook, Word, Excel və Power Point)
Əsas vəzifə öhdəlikləri:
1. Təlimlərin sistemli və səmərəli şəkildə təşkil olunub keçirilməsi üçün insan resurslarının təlim ehtiyaclarını müəyyənləşdirmək;
2. Mərkəzin rəhbərinin tapşırığına uyğun olaraq insan resurslarının təlim proqramlarını hazırlamaq və icra etmək;
3. İllik, yarım illik və rüblük təlim planını hazırlayaraq Mərkəzin rəhbərinə təqdim etmək; təlim nəticələrini ölçmək (test, məsələ və s. üsullarla) və qiymətləndirmək; təlim nəticələri haqqında hesabat hazırlamaq, onları rəhbərinə təqdim etmək və dosyalamaq;
4. Təşkilatın bütün səviyyələrdə çalışan əməkdaşlarının bilik və praktik bacarıqlarının yüksək standartlara cavab verməsini təmin etmək məqsədilə təlim materialları hazırlamaq, onları daim yeniləmək;
5. Təşkilatın işçilərinə bilavasitə təlimlər keçmək, təlim nəticələrini yoxlamaq, qiymətləndirmək, onlarla bağlı hesabatlar hazırlamaq və dosyalamaq;
6. Keçirilən təlimlərin işçilərin gündəlik işi ilə əlaqələndirilməsinə nəzarət etmək;
7. Bilavasitə təlim keçdiyi hər bir işçi barədə rəy yazmaq (elektron və ya yazılı) və onu dosyalamaq;
8. Təşkil olunan bütün təlim proqramlarının səmərəliliyini monitorinq etmək və qiymətləndirmək; təlim proqramlarının səmərəliliyinin artırılması üçün təkliflər irəli sürmək;
9. Təşkilat əməkdaşlarının (kreditvermə sahəsində çalışan əməkdaşların təlimi və inkişafı tədbirlərinə xüsusi diqqət verməklə) təlim ehtiyaclarının qarşılanması üçün araşdırma aparmaq və münasib kənar təlim şirkətlərini, təlimçiləri, yaxud könüllüləri seçərək onların siyahısını Mərkəzin rəhbərinə təqdim etmək;
10. Keçirilən bütün təlimləri əlaqələndirmək, onların keyfiyyətlə təşkili və keçirilməsinə nail olmaq. Tələb olunan bütün inzibati (yazışma və s.) işlərini həyata keçirmək;
11. Təlim nəticələrinə əsasən işçilərin statusunda dəyişiklik edilməsi, yaxud başqa işə keçirilməsi barədə təkliflər vermək;
12. Kreditvermə sahəsinə aid yenilənmiş məlumatların işçilərə vaxtında çatdırılması işinə kömək etmək;
13. Təlimlərin təkmilləşdirilməsi üçün daim axtarışda olmaq və yenilikləri tətbiq etmək;
14. Təlimlərə cəlb olunan əməkdaşların təlimdən sonra praktiki təlimatlandırılması proqramını hazırlamaq və onun həyata keçirilməsinə birbaşa rəhbərlik etmək, həmçinin təlimləndirilən mütəxəssislərin aidiyyatı mütəxəssislər tərəfindən praktiki öyrədilməsi işinə nəzarət etmək;
15. Təlim siyasəti və prosedur qaydalarının dövrün tələblərinə cavab verməsi üçün daim nəzərdən keçirmək və dəyişiklərlə bağlı təkliflərini vermək;
16. Əməkdaşlar arasında qarşılıqlı hörmət, anlaşma, inam və əməkdaşlığa təkan verən yüksək etik qaydalar və mənəvi dəyərlər üzərində iş mühitinin formalaşmasına dəstək olmaq;
17. Mərkəzin rəhbərinə hesabat hazırlamaq üçün zəruri məlumatları vaxtında və tələb olunan səviyyədə vermək;
18. Əməliyyatların vaxtı-vaxtında keçməsini təmin etmək məqsədilə filial müdiri və inzibati şöbə ilə əməkdaşlıq edərək təlim məşğələlərinin təşkili və planlaşdırılmasını lazımı qaydada əlaqələndirmək;
19. Təlim və metodoloji işlərlə bağlı Mərkəzin Əsasnaməsindən irəli gələn və bilavasitə rəhbəri tərəfindən işçilərin təlimləndirilməsi ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək.
CV-lərinizi azərbaycan və ya rus dillərində tərtib edilməklə, mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə (məsələn: Təlimçi), n.ibrahimova@molbulak.com ünvanına göndərməyiniz və 012 488 05 10 nömrəsinə zəng etməyiniz xahiş olunur. Yalnız kriteriyalara uyğun gələn namizədlər ilə əlaqə saxlanılacaqdır.