Zaur Svanidze: “İnter”in ikinci hissədəki oyunundan razı deyiləm
“İnter”in baş məşqçisi Zaur Svanidze “Hafnarfyordur” klubu ilə 2:2 hesablı bərabəlikdən sonra öz fikirlərini bölüşüb, AzNews.info Sportbox.az-a istinadən xəbər verir.
“Çox çətin oyun alındı. Biz, əlbəttə ki, çətin olacağını gözləyirdik, lakin bu dərəcədə yox. Mən “İnter”in ikinci hissədəki oyunundan razı deyiləm. Rəqibə 2 qol hədiyyə etdik.
Bir az daha dəqiq oynamalıyıq. “Atletik” ilə bu cür oynamaq olmaz. Hər bir halda oyunçulara təşəkkürümü bildirirəm. Onlar qəhrəmandırlar! Siz özünüz yaxşı bilirsiniz ki, klub indi hansı vəziyyətdədir. Buna görə də, 3-cü təsnifat mərhələsinə çıxmaq - böyük nəaliyyətdir.
Penaltilər seriyası haqda fikirləşmirdik. 11-metrlik zərbələrə heç hazırlaşmamışdıq.
İkinci buraxılan qoldan sonra, yarımmüdafiə xəttini gücləndirərək daha çox hücum etmək istəyirdik. Meydanın mərkəzində mübarizəni uduzurduq. Lakin rəqib futbolçunun qırmızı vərəqə alması vəziyyəti dəyişdi”.
Mənbə:> Sportbox.az