Neymarın bacısı öz sevgisini belə göstərdi – FOTO
"Barselona"nın brazilyalı ulduz futbolçusu Neymarın bacısı Rafaella maraqlı hərəkəti ilə diqqət mərkəzinə düşüb.
ANS PRESS-in məlumatına görə, Rafaella qardaşına olan sevgisini qoluna həkk etdirib. Rafaella qardaşının gözlərini öz qoluna tatuirovka elətdirib.
"Barselona”nın braziliyalı ulduz yarımmüdafiəçisi Neymarın bacısı bir müddət əvvəldə ölkəsində diqqət mərkəzinə düşmüşdü. Rafaella "instagram" hesabında paylaşdığı şəkillərlə hər kəsin marağına səbəb olmuşdu.
Bu arada "Barselona”nın braziliyalı ulduzu Neymar yeni komanda yoldaşı Arda Turan haqqında danışıb. Ulduz futbolçu Türkiyə millisinin üzvünü tərifləyib.
O, ispaniyalı jurnalistlarin suallarını cavablandırarkən Arda haqqında bunları deyib: "O, həqiqətən də böyük futbolçudu. La Liqanın ən yaxşılarındadı. Arda özündə yüksək keyfiyyətləri cəmləşdirib. Bizə böyük köməyi olacaq”.
Mənbə:> ANSPRESS