Arda Turan "Milan" yolunda » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Arda Turan "Milan" yolunda

Arda Turan "Milan" yolunda


İtaliya nəhəngi türk futbolçu Arda Turanı transfer etmək istəyir.

ANS PRESS-in məlumatın görə, türkiyəli ulduz “Milan”ın maraq dairəsinə düşüb. Çempionatı 10-cu sırada bitirən “Milan”, heyətini Arda ilə gücləndirmək istəyir. Belə ki, Taylandlı iş adamı Bie Taeçaubolun klubun səhmlərinin 47-ni aldıqdan sonra heyəti gücləndirmək üçün bir sıra ulduz futbolçunu heyətinə qatmağa hazırlaşır.

Ardanın meneceri Əhməd Bulud ilə təmasa keçən italyanlar bu transferi tez bir zamanda sonlandırmaq niyyətindədirlər. Çünki ulduz futbolçu bir çox klubun maraq dairəsindədir. Məlumatda bildirilir ki, bu ana qədər ən ciddi təklif “Milan”dan gəlib.

Növbəti mövsümdə “Milan”ın avrokuboklarda çıxış etməməsi isə Arda Turanın qərarına təsir edəcəyi istisna edilmir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *