Azərbaycan futbolçuları Macarıstana qarşı » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

Azərbaycan futbolçuları Macarıstana qarşı – VİDEO

Azərbaycan futbolçuları Macarıstana qarşı


Bakı 2015 Birinci Avropa Oyunlarının son günündə Azərbaycanla Macarıstan komandaları arasında çimərlik futbolu üzrə yarış başlayıb. ANS PRESS-in məlumatına görə, kişilər arasında keçirilən oyunda 1:0 hesabı ilə Macarsıtan komandası irəlidədir. Vurulan yeganə qolun müəllifi Viktor Feketedir.

Bundan əvvəl kişilər arasında çimrəlik futbolu üzrə Azərbaycan komandası dünən İspaniya komandası ilə qarşılaşıb. Ölkəmiz 1:3 hesabı ilə məğlub olub. Vurulan yeganə qolun müəllifi isə Sabir Allaquliyev olub.

Azərbaycan Çimərlik Futbolu Federasiyası (AÇFF) öz fəaliyyətinə 2008-ci ildən başlayıb. Elə həmin vaxt AÇFF prezidenti vəzifəsinə Fərid Novruzi seçilib və milli yığma komanda təşkil olunub. İndiyədək çimərlik futbolu üzrə millimiz bir çox yüksək nailiyyətlər qazanıb. Milli yığmamız 2009-cu ilin iyununda İspaniyanın Kastelyon şəhərində keçirilən çimərlik futbolu üzrə Dünya Çempionatının seçmə mərhələsində iştirak edib və 1/4 mərhələsinə qədər yüksəlib. Daha sonra komandamız iyul ayında keçirilən Avropa Liqasının seçmə mərhələsində iştirak edib və qrup oyunlarının qalibi kimi promo finala vəsiqə qazanıb. Beləliklə, milli yığmamız 2009-cu ildə Avropanın ən güclü on komandasından biri olub. 2010-cu ilin 10-16 may tarixlərində isə milli komandamız "Alaniya Cup 2010" beynəlxalq turnirdə iştirak edib və 2-ci yerə sahib olub.

Azərbaycan və Macarsıtan komandaları arasında gedən oyunu buradan canlı izləyə bilərsiniz.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *