"“Qalatasaray” küçə pişiyidir"
Türkiyə millisinin keçmiş oyunçusu, “yaşıl sahələrin şeytanı” ləqəbli Rıdvan Dilmən ötən axşam çempionluq əldə etmiş “Qalatasaray” komandasının qalibiyyətini qəribə sözlərlə şərh edib.
ANS PRESS-in məlumatına görə, hazırda köşə yazarı olan və telekanallarda futbol şərhçiliyi edən Dilmən “Qalatasaray” və “Fənərbaxça” komandalarını pişiklə müqayisə edib.
“NTVSport” kanalında “100% Futbol” proqramında danışan Rıdvan Dilmən bildirib ki, bu qələbə “Qalatasaray”ın haqqıdır.
“Qalatasaraylılar üçün çempionluq xeyrli olsun. Axıra qədər layiqdirlər. “Qalatasaray” 2 prezident, 2 baş məşqçi dəyişdirərək və əziyyətlər çəkərək çempion oldu. “Qalatasaray” kimi klublar ən zəif vaxtlarında yerdən qalxmağı bilirlər. “Qalatasaray” küçə pişiyidir və ruzisini axtardı. Mübarizə etdi, yatdı, durdu, tullandı. “Fənərbaxça” birdən ev pişiyinə çevrildi”.
Xatırladaq ki, Rıdvan Dilmən 1987-ci ildən 1995-ci ilə qədər "Fənərbaxça" komandasının oyunçusu olub.
Mənbə:> ANSPRESS