"Fənərbaxça"da Dieqo özbaşınalığı
Türkiyə Superliqasında 27-ci tur çərçivəsində doğma meydanda "Bursaspor"u 1:0 hesabı ilə məğlub edən "Fənərbaxça"nın heyətində Dieqo şoku yaşanır.
ANS PRESS-in məlumatına görə, "Bursaspor"la matçda əsas heyətdə olmayacağını eşidən Dieqo Ribas komandanın düşərgəsini tərk edib. Bu hərəkətdən sonra "18-liy"ə salınmayan Ribasın taleyinə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Dieqo daha əvvəl maaşını əldə edə bilmədiyinə görə "Fənərbaxça"nı Türkiyə Futbol Federasiyasına şikayət etmişdi.
Mənbə:> ANSPRESS