Çingiz Abdullayevdən yeni təyinatlar
Bu gün "Neftçi"nin Müşahidə Şürasının növbəti iclası keçirilib.
ANS PRESS-in məlumatına görə, toplantıda qəbul olunan qərara görə Vəli Qasımovla Dmitri Kramarenko bu gündən etibarən flaqmanda çalışacaq.
Vəli Qasımov bakılılarda idman direktoru, Kramarenko isə isə qapıçılarla üzrə məşqçi kimi fəaliyyət göstərəcək. Bunu "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev də təsdiqləyib.
Qeyd edək ki, Kramarenko gənc qapıçılar üzrə məşqçi işləyəcək. Pavels Doroşevs isə əsas komandadakı işində qalacaq.
Mənbə:> ANSPRESS