Qurban Qurbanov istefaya göndərildi
Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov istefaya göndərilib.
Parafraz-ın məlumatına görə, AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və “Qarabağ” klubunda fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Komitə milli komandada fəaliyyətinə görə Qurban Qurbanova təşəkkür edib.
Yığmaların son 1 il ərzində nəticələri qeyri-qənaətbəxş sayıldığı üçün və müvafiq fəaliyyət strategiyası AFFA-ya təqdim olunmadığına görə U-21, U-18, U-17, U-16 və U-15 yığmalarının baş məşqçiləri ilə müqaviləyə xitam verilib.
Yalnız U-19 yığmasının baş məşqçisi Vüqar Məmməd vəzifəsində saxlanılıb.
İstefaya göndərilənlər arasında U-21-in baş məşqçisi Rəşad Sadıqov da var.
Qurban Qurbanov istefasını şərh edərkən bildirib ki, milli ilə klubları bir-birindən ayırmayıb:
"Öz işimi vicdanla gördüm, rahatam. Əlavə fikir söyləmək istəmirəm. İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır".
Mənbə:> Parafraz