Azərbaycan millisi səfərdə Farer adalarına 3:0 hesabı ilə qalib gəldi – YENİLƏNİB
Futbol üzrə Azərbaycan milli yığması UEFA Millətlər Liqasının növbəti oyununda səfərdə Farer adaları komandasını 3:0 hesabı ilə məğlub edib.
Yığmamızın heyətində 28 və 85-ci dəqiqələrdə Riçard Almeyda, 67-ci dəqiqədə isə Dmitri Nazarov fərqlənib.
Qrupun digər oyununda Kosovo millisi doğma meydanda Malta millisinə 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, Kosovo yığması 7 xalla qrupda birinci, Azərbaycan millisi isə 5 xalla ikinci pillədə qərarlaşıb.
**
00:32
Farer adaları - Azərbaycan matçında hesab yenidən dəyişib.
R. Almeyda matçın 85-ci dəqiqəsində penaltidən fərqi bir qədər də artırdı: 0-3.
**
00:18
Farer adaları - Azərbaycan matçında hesab dəyişib.
İkinci hissənin 67-ci dəqiqəsində Dmitri Nazarov Rüfət Dadaşovun ötürməsindən sonra millimizin ikinci qolunu vurub-0:2.
**
23:20
Farer adaları - Azərbaycan matçında hesab açılıb.
Millimiz matçın 28-ci dəqiqəsində Riçard Almeydanın qolu ilə millimiz irəli çıxıb: 0- 1.
* * *23:02
Farer adaları - Azərbaycan matçı başlayıb. Düzdür, duman azalıb, amma tam çəkilməyib.
Hələlik hesab açılmayıb-0:0.
* * *22:19
Farer adaları və Azərbaycanın futbol yığmaları arasındakı UEFA Millətlər Liqası matçı təxirə salına bilər.
Virtualaz.org-un stadionda olan əməkdaşı Elmir Əliyevin verdiyi məlumata görə, səbəb "Torsvollur" arenasının dumana bürünməsidir.
Hazırda Farer adalarının paytaxtında çiskinli hava hökm sürür.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də start götürməlidir.
Amma oyunun baş hakiminin qərarından asılı olaraq oyun sabaha da keçirilə bilər.
Mənbə:> Virtualaz.org